İbrahim Alışovdan İPO tapşırığı - ŞİRKƏTLƏR PALATADA TOPLAŞDI
“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji yol Xəritəsi”nin “Maliyyə bazarlarının inkişafı” sərlövhəli 2-ci strateji hədəfi çərçivəsində müəyyən edilmiş tədbirlərin icrası davam etdirilir.
Palatadan "Marja"ya daxil olmuş məlumata görə, bununla əlaqədar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasında “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin (AFBİA) üzvləri olan 7 investisiya şirkəti, Bakı Fond Birjası və Milli Depozit Mərkəzinin nümayəndələri ilə görüş keçirildi.
Palatanın Baş İcraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilmiş görüşün əsas məqsədi kapital bazarlarının inkişaf etdirilməsi istiqamətində müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün bazar iştirakçıları ilə effektiv koordinasiyanın və sıx əməkdaşlığın qurulması idi.
Kapital bazarlarının inkişafının prioritet məqsəd olduğunu vurğulayan İ. Alışov bu sahənin inkişafına mane olan amillər, habelə bazarın beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi və bazarda aktivliyin artırılması istiqamətində təklifləri tədbir iştirakçıları ilə müzakirə edib.
AFBİA-nın üzvləri ilə bazarda ticarət olunan alət çeşidinin genişləndirilməsi, iri dövlət müəssisələri və korporativ təşkilatların kapital bazarlarından maliyyələşməyə cəlb edilməsi, şirkətlərin bazarda iştirakının stimullaşdırılması üzrə onlara vergi güzəştlərinin verilməsi, bazarda likvidliyin və dərinliyin yaranmasında mühüm rol oynayan institusional investorların (investisiya fondları, özəl pensiya fondları) formalaşdırılması və xarici investorların yeli bazarda iştirakının təşviq edilməsi məsələləri üzrə interaktiv müzakirələr aparılıb.
Müzakirələrin yekununda İ. Alışov tərəfindən kapital bazarlarında aktivliyin artırılması, səhm bazarının inkişafı və İPO-ların həyata keçirilməsi, xarici investorların bazarda iştirakının artırılması istiqamətində Euroclear və Clearstream kimi beynəlxalq depozitarlarla əlaqələrin qurulması və xarici kastodianların yerli bazara cəlb edilməsi kimi strateji yol xəritəsində müəyyən edilmiş tədbirlərin effektiv icrasının təmin edilməsi istiqamətində müvafiq tapşırıqlar verildi.
Azərbaycan iqtisadiyyatının Strateji Yol Xəritəsinə görə, dövlət şirkətlərinin ayrı-ayrı hissələrini özəl kapitalın iştirakı üçün səhmlərin ilkin kütləvi təklifinə (İPO) çıxarmaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
23 saat sonra
Park Yasamal"da sərfəli qiymətlərlə mənzil satışı davam edir
- 44 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
"Xarici və yerli şirkətlər bürokratik əngəl olmadan məhsullarını fermerlərə təklif edə bilər"
-
2 saat əvvəl
Avtomobilin dəyərinin 70 faizinədək cərimənin hansı halda tətbiq olunacağına aydınlıq gətirilib
-
2 saat əvvəl
Azərbaycandan xaricə ötən il 3 milyard dollardan çox birbaşa investisiya yatırılıb
-
2 saat əvvəl
Azərbaycana ötən il Rusiyadan 1 milyard dollardan çox pul köçürülüb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
ADAU ilə “Hacıqabul Quşçuluq Şirkəti” MMC arasında memorandum imzalanıb
-
3 saat əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti kəskin azalıb
-
3 saat əvvəl
Azərbaycan Səudiyyə Ərəbistanında beynəlxalq ərzaq sərgisinə qatılacaq