Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Qida Təhlükəsizliyi Agentliyində 5 şöbə yaradılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qida Təhlükəsizliyi Agentliyində 5 şöbə yaradılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparatının strukturu təsdiq olunub.

 

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətindən  bildirilib ki, regional bölmələrin, o cümlədən Bakı şəhərinin strukturu, Qida Təhlükəsizliyi İnstitutunun Nizamnaməsi təsdiq olunma mərhələsindədir. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, hazırda Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin struktur və maddi-texniki bazasının formalaşdırılması, laboratoriyaların təhvil-təslim işləri həyata keçirilir.

 

Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq Təftiş və dövlət nəzarəti şöbəsi, Risklərin idarə olunması şöbəsi, Sertifikatlaşdırma və qeydiyyat şöbəsi, İnsan resursları şöbəsi, Kommunikasiya və informasiya texnologiyaları şöbəsi, Maliyyə və təsərrüfat şöbəsi, Hüquq şöbəsi fəaliyyət göstərəcək.

 

Qida Təhlükəsizliyi Agentliyinin qarşısına qoyduğu əsas vəzifə Azərbaycan vətəndaşlarının təhlükəsiz qida məhsulu əldə etməsini təmin etməkdir. Bu proses sahibkarlara ziyan vermədən, kiçik və orta sahibkarların da iştirakı ilə həyata keçiriləcək. Qida Təhlükəsizliyi Agentliyi bu prosesi mərhələli şəkildə həyata keçirməyi, bu sahədə vətəndaş məsuliyyətini artıracaq yöndə geniş maarifləndirmə işləri görməyi planlaşdırır.

 

Qida Təhlükəsizliyi Agentliyinin Əsasnaməsində göstərildiyi kimi agentlik qida təhlükəsizliyi sertifikatı verəcək, həmçinin qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qeydiyyata alacaq və reyestrini aparacaq. Hazırda bu istiqamətdə agentliyin fəaliyyətini təmin etmək məqsədilə qanunvericilikdə müəyyən dəyişikliklər hazırlanır və uyğunlaşmalar aparılır.

07.02.2018 14:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ