Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Neftdə ağla belə gəlməyəcək hadisə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftdə ağla belə gəlməyəcək hadisə

Dünyanın ən böyük neft istehsalçılarından biri olan BƏƏ-nin ilk dəfə ABŞ-dan neft idxal etdiyi bildirildi. "Bir neçə il əvvəl ağla belə gəlməyəcək bir addım" olaraq adlandıran idxal, ABŞ-da şist nefti istehsalındakı artımın dünyada yaratdığı dəyişikliyin göstəricisidir.


 

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) ən böyük dördüncü neft ixracatçısı olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dekabr ayında ABŞ-dan neft idxal etdiyi bildirilir.


 
"Marja" xəbər verir ki, "Bloomberg News"ın adı açıqlanmayan bir mənbəyə istinadən yaydığı xəbərə görə, ABŞ-dan neft satın alan BƏƏ, region nefti ilə müqayisədə daha keyfiyyətli olduğu üçün ABŞ neftinə üstünlük verib.
 

ABŞ-ın rəsmi göstəricilərinə görə də, ölkə dekabr ayında Birləşmiş Ərəb Əmirliklərinə 700 min barel neft ixrac edib. Neftin, Houstandan Abu Dabidəki "Ruwais" Limanına 31 Yanvarda çatdığı qeyd edilib.
 

ABŞ-DA ŞİST NEFTİ İSTEHSALINDAKI ARTIMIN TƏSİRİ
 

Xəbərdə, "bir neçə il əvvəl ağla belə gəlməyəcək bir addım" olaraq adlandıran idxalın, ABŞ-da şist nefti istehsalındakı artımın və ixraca tətbiq edilən qadağaların ləğv edilməsilə dünya neft ixracında baş verən dəyişikliyin göstəricisi olduğu bildirilib.

 
ABŞ-da neft hasilatının, 2017-ci ilin Fevral ayından 2018-in Noyabr ayına qədər gündəlik 2 milyon barrel həcmində artması gözlənilir. 2013-də gündəlik 100 min barrel olan ixracat da ötən noyabr ayında 1,5 milyon barrelə qalxmışdı.

 
"Lipow Oil Associates"ın sədri Harri Lipow, "OPEC-in üzvü və böyük bir neft istehsalçısı olan BƏƏ-nin malik olduğu ehtiyatları düşündükdə, ABŞ ixracının davam etməsi də mümkün deyil" deyib.


BƏƏ-də yanvar ayında neft hasilatı gündəlik 2,85 milyon barel təşkil edib. OPEC-in aşağı neft qiymətləri səbəbindən 2016-da hasilatı azaltmaq qərarı verdiyi ərəfədə ölkənin gündəlik neft hasilatı 3 milyon barrel idi.
 

BƏƏ, daha əvvəl də Qətərdən qatılaşdırılmış neft alırdı, ancaq bu ölkə ilə baş verən siyasi böhrandan sonra keçən iyun ayında Qətərdən idxal dayandırılmışdı.

07.02.2018 14:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ