Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bu bank kredit faizlərini aşağı saldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu bank kredit faizlərini aşağı saldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi Müşahidə Şurasının yeni qərarı ilə 18 yanvar 2017-ci il tarixdən kreditlərin faiz dərəcələri yenidən aşağı salınıb.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, yeni qaydalara görə “Naxçıvanbank” tərəfindən kənd təsərrüfatı üzrə heyvandarlığa 15, taxılçılığa, kartofçuluğa, bostan, tərəvəz və qarğıdalı kimi əkinçilik sahələrinə 13 faizlə kreditlər verilir.

 

Muxtar respublika sakinləri istehlak kreditlərini 17, kart kreditlərini 18, bankın öz vəsaiti hesabına verilən ipoteka kreditlərini isə 10 faizlə götürə bilərlər

 

. Onu da qeyd etmək lazımdır ki, ipoteka krediti üzrə faiz dərəcəsinin aşağı salınması Naxçıvanbank tərəfindən əvvəlki illərdə verilmiş kreditlərə də şamil olunur. 

 

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata görə, muxtar respublikada kredit faizlərinin ölkə üzrə ən aşağı göstəricilər olmasına təsir edən mühüm amil “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aşağı faiz dərəcələri ilə təklif edilən kreditlərdir. 

 

İdarədən onu da bildirdilər ki, Naxçıvanda verilən kreditlər üzrə faizlər “annuitet” üsulla hesablanır. Bu da vətəndaşların əldə etdikləri vəsaitlər üçün ödəyəcəkləri real faiz dərəcəsinin aşağı düşməsinə səbəb olur. Kreditlərin faktiki illik faiz dərəcələri kənd təsərrüfatı üzrə 6,5-7 faiz , istehlak kreditləri üzrə 8,5-9 faiz , daxili ipoteka kreditləri üzrə 5 faiz təşkil edir. 

 

Muxtar respublikada həyata keçirilən kreditləşmə işində 2016-cı ildə Ali Məclis Sədrinin müvafiq Fərmanı ilə yaradılan “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti vəsaitləri hesabına verilən 4-8 faizli, uzunmüddətli kreditləri də qeyd etmək lazımdır.  

25.01.2017 11:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ