Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Avro, neft və qızıl ucuzlaşmaqda - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro, neft və qızıl ucuzlaşmaqda - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya valyuta birjalarında avro kimi aparıcı valyutaların dollara nisbətən qiymətlərində ucuzlaşma daha da sürətlənib.

 

Son bir neçə ay ərzində dünya iqtisadiyyatı ilə bağlı müsbət fundamental göstəricilərin açıqlanması, aparıcı valyutaların dollara nisbətən məzənnələrinin bahalaşmasına təsir etməklə yanaşı, nəticədə təzyiq altında qalan ucuz dollar fonunda ABŞ maliyyə nazirinin də bundan narahat olmadıqlarını bildirməsindən sonra bu tendensiya daha da gücləndi. Lakin son bir həftədir aparıcı valyutaların dollara nisbətən qiymətlərində korreksiyalar müşahidə edilir. 

 

Çərşənbə axşamı isə son bir həftənin minimum səviyyələrinin yenilənməsindən sonra Amerika sessiyasında avro, funt sterlinq və lirənin qiymətlərində 0.6%-lik bahalaşma olsa da, bu gün qiymətlərin bu göstəricini sıfırladığını və son bir həftənin minimum səviyyəsini qırdıqlarının şahidi oluruq. 

 

Maliyyə bazarlarında EUR/USD, GBP/USD və USD/TRY məzənnələrində korreksiyalar invetorların gələcək iki həftə ərzində açıqlanacaq önəmli fundamental məlumat öncəsi geri çəkilmələri ilə əlaqələndirilir. Bununla yanaşı,"BREXIT" danışıqları fonunda Avropa Birliyinin tələblərini gələcəkdə sanksiyaların tətbiqi imkanı ilə sərtləşdirməsi xəbərləri və Türkiyənin sərhədləri xaricində hərbi əməliyyatlarının ABŞ hərbiçiləri ilə mümkün toqquşması riskləri də investorların diqqət mərkəzində saxlanılmaqdadır. 

 

Belə ki, EUR/USD məzənnəsi 1.23$-ın altında ticarət edilməkdədir və gün ərzində bu səviyyənin altında qalarsa, 1.22$-a kimi də ucuzlaşa bilər. Əmtəə bazarlarında da qızıl və neft qiymətləri də ucuzlaşıb. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1310$-a kimi ucuzlaşıb və 1290$-a kimi də dəyər itirə bilər. Avropanın Brent neftinin bir barel qiyməti isə 65$-a kimi ucuzlaşıb və 64$-a kimi də ucuzlaşacağı proqnozlaşdırılır.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

08.02.2018 06:17

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ