Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Yanvarda Azərbaycana gələn xaricilərin sayı 17% artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yanvarda Azərbaycana gələn xaricilərin sayı 17% artıb

Cari ilin yanvar ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 185 min nəfəri keçmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artım deməkdir. "Marja" xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumatda deyilir.

 

Reklam_3_11

Azərbaycana gələn xarici vətəndaşlarının sayına görə üstünlük təşkil edən ölkələr qonşu ölkələr olan Rusiya Federasiyası (59 990 nəfər), Gürcüstan (45 679 nəfər),  Türkiyə (24 276) və İran İslam Respublikası (13 437 nəfər), həmçinin Birləşmiş Ərəb Əmirlikləri (8 265 nəfər) olmuşdur. Bu 5 ölkədən gələn xarici vətəndaşların sayı yanvar ayı ərzində ölkəmizə gələn xarici ziyarətçilərin 82%-ni təşkil etmişdir.

 

Keçən ilin yanvar ayı ilə müqayisədə say etibarilə daha yüksək artımın müşahidə edildiyi ölkələr Türkiyə (5 379 nəfər), Gürcüstan (4 480 nəfər), Rusiya Federasiyası (3 774 nəfər) və  BƏƏ (2 869 nəfər) olmuşdur. Bu ölkələrdən gələnlərin sayındakı artım cəmi 16 502 nəfər təşkil etmişdir ki, bu da ümumi artımın 61%-ni təşkil etmişdir.   

 

Keçən ilin yanvar ayı ilə müqayisədə faiz etibarilə daha yüksək artımın müşahidə edildiyi ölkələr isə Küveyt (540%), Pakistan (316%), Hindistan (234%) və Qətər (167%) olmuşdur. Bu ölkələrdən Azərbaycana gələnlərin sayında artım cəmi 5 720 nəfər təşkil etmişdir ki, bu da ümumi artımın 21%-ni təşkil etmişdir.  

 

Ölkə ərazisini ziyarət edən xarici vətəndaşların 130 118 nəfəri (69.9%) kişi, 55 795 nəfəri (30.1%) isə qadınlar olmuşdur.

08.02.2018 06:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ