Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Neft Fondu gəlir və xərclərini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft Fondu gəlir və xərclərini açıqladı

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2017-ci il ərzində ARDNF-nin büdcə gəlirləri 12 milyard 137,5 milyon manat, büdcə xərcləri isə 11  milyard 15,5 milyon manat təşkil etmişdir.

 

2017-ci il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 11 milyard 53,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 milyard 30,0 milyon manat, bonus ödənişləri 2,4 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat, tranzit gəlirləri 17,9 milyon manat  təşkil etmişdir.

 

Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 milyard 83,6 milyon manata bərabər olmuşdur.

 

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 876,2 milyon manat təşkil etmişdir. 

 

Hesabat dövrü ərzində ARDNF-nin 2017-ci il büdcəsinin icrası çərçivəsində 6 milyard 100 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 105,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 70,0 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 20,5 milyon manat vəsait ayrılmışdır. 17,0 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 3 milyard 949,5 milyon manat Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert edilmişdir. "Star" neft emalı kompleksinin tikintisinə 735,4 milyon manat vəsait ayrılmışdır. 2017-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 18,1 milyon manat təşkil etmişdir.

 

ÖTƏN İL AKTİVLƏRİ 2,7 MİLYARD DOLLAR ARTIB

 

2018-ci il yanvarın 1-ə Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33 milyard 147,0 milyon ABŞ dolları) nisbətən 8,02% artaraq 35 milyard 806,5 milyon ABŞ dollarına bərabər olmuşdur. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişkənliyi fərqi hesabına olmuşdur.

08.02.2018 06:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ