Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Ofisait” və “OYAL” yeni müsabiqə elan edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Ofisait” və “OYAL” yeni müsabiqə elan edib

 “Ofisait” və “OYAL” brendi bu gündən başlayaraq “Selfi çəkdir, Hədiyyə qazan!” adlı yeni müsabiqəyə start verib.  

i

Reklam_3_11

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqənin şərtləri çox sadədir. Belə ki, iştirakçılar sadəcə “Ofisait” mağazalarının qarşısında selfi çəkdirərək öz facebookinstaqram profillərində paylaşacaqlar. Qaliblər xüsusi proqram vasitəsi ilə təsadüfi yolla seçiləcək və müsabiqənin nəticəsi olaraq 3 qalib müəyyən ediləcək.

 

Qaliblərə “OYAL”, “ASSİS”, “QUİCKS”, “Cassa”, “SilSil”, “Boltexno”, “Frauzen”, “Hansbur”, “Samuray”, “Zyklen” və digər tanınmış brendlərdən hədiyyələr təqdim olunacaq.

 

Müsabiqə 19.02.2018-ci il tarixinədək davam edəcək. Qaliblərin siyahısı fevral ayının 20-də “Ofisait”in rəsmi facebook səhifəsi üzrərindən elan ediləcək.   

 

Qeyd edək ki, müsabiqədə “Ofisait” və “OYAL”brendinin əməkdaşları iştirak edə bilməz. 

 

İştirakçılar müsabiqə ilə bağlı daha ətraflı məlumat almaq üçün 012 310 43 10 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

 

Qeyd edək ki, OYAL brendi 23 ilə yaxındır ki, Azərbaycan bazarında “Məktəbli Arzuları” devizi ilə nəinki məktəblilərin, eyni zamanda tələbələrin, iş adamlarının və valideynlərin sevimlisinə çevrilmişdir.

 

Müştərilər “Ofisait” mağazalarından “OYAL”, “ASSİS”, “QUİCKS”, “Cassa”, “SilSil”, “Boltexno”, “Frauzen”, “Hansbur”, “Samuray”, “Zyklen” və digər tanınmış brendlərin dəftərxana, ofis və məktəb ləvazimatlarını, həmçinin mətbəx və ev əşyaları, elektron əşyalar, idman məhsulları, uşaq oyuncaqları, kitablar və digrər məhsulları əldə edə bilərlər.

 

Şirkətin məhsullarını Bakı və bölgələrdə 30-a yaxın filialı olan “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından da əldə etmək mümkündür.

08.02.2018 08:56

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ