Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Fransa şirkəti AZAL ilə birgə istehsal müəssisəsi yaradır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fransa şirkəti AZAL ilə birgə istehsal müəssisəsi yaradır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Fransanın “Thales International” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazini qəbul edib.

 

 “Thales International” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazi təmsil etdiyi təşkilatın AZAL ilə uzun illər səmərəli əməkdaşlıq etdiyini vurğuladı və Azərbaycanla bu əməkdaşlığı gələcəkdə də davamlı həyata keçirmək niyyətində olduqlarını qeyd etdi. Rafael Eskinazi “Thales International” şirkətinin dünyada ilk pilot layihəsi olan Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın hava məkanından istifadə, strategiya və inkişaf üzrə səmərəlilik mərkəzinin açılış mərasiminin bu gün keçirildiyini məmnunluqla vurğuladı.

 

Dövlətimizin başçısı “Thales International” şirkətinin Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edərək şirkətin bu günədək ölkəmizdə həyata keçirdiyi layihələrin önəmini qeyd etdi və bundan sonra da uğurlu əməkdaşlıq aparılacağına ümidvar olduğunu bildirdi.

 

Söhbət zamanı AZAL ilə “Thales International” arasında bu şirkətin məhsullarının istehsalı ilə bağlı Azərbaycanda birgə müəssisənin yaradılması ətrafında fikir mübadiləsi aparıldı.

08.02.2018 13:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ