Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Fed/George: Bu il faizlərin 3 dəfə artırılması məqsədəuyğundur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed/George: Bu il faizlərin 3 dəfə artırılması məqsədəuyğundur

ABŞ Mərkəzi Bankının Kanzas Siti şöbəsinin sədri Esther George, Fed-in bu il faizləri 3 dəfə artırmasının məqsədəuyğun olduğunu bildirib.

 

O, 2019-cu ildə də faizlərin 3 dəfə artırılmasının tərəfdarı olduğunu deyib.

 

Esther George qeyd edib ki, ABŞ iqtisadiyyatı tam məşğulluq və qiymət sabitliyi ilə birlikdə mülayim bir sürətdə artır.

 

George, "İqtisadi artımın daha çox "qızmadan" və inflyasiya təzyiqləri yaratmadan davam etdirilə bilməsi üçün, Fed-in faizləri mərhələli bir şəkildə artırmaqda davam etməsi əhəmiyyətli olacaqdır" deyib.

 

Fed-in Kanzas Siti şöbəsinin sədri qeyd edib ki, iqtisadiyyat son vergi güzəştlərindən dəstək alacaqdır.


ABŞ-da iqtisadi inkişaf yaşansa da maaşlar çox aşağı sürətlə artırdı. George, keçən həftə maaşların yüksəldiyini göstərən məlumatın vacib bir hadisə olduğunu deyib.

 

George, inflyasiyanın məşğulluğun artmasına baxmayaraq aşağı qaldığını, ancaq məşğulluğun daha da artması və qlobal tələbin idxal qiymətlərini yüksəltməsi ilə birlikdə inflyasiyada da yüksəlişin başlayacağını sözlərinə əlavə edib.

09.02.2018 05:25

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ