Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Cim Rocers: Növbəti "ayı" bazarı əvvəlkilərdən daha pis olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Cim Rocers: Növbəti "ayı" bazarı əvvəlkilərdən daha pis olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya şöhrətli 75 yaşlı investor Cim Rocers (Jim Rogers) səhmlərin girəcəyi növbəti "ayı" bazarının daha fəlakətli olacağını bildirib.
 

"Marja" xəbər verir ki, Rocers, bu vəziyyətə səbəb kimi, başda ABŞ olmaqla qlobal iqtisadiyyatda maliyyə böhranından bu yana çoxlu borcun yığılmış olmasını göstərib.
 

Məşhur investor, səhmlərin "ayı" bazarına hazırda yönəldiyini bildirməyib və bunun nə zaman baş verəcəyinə dair də hər hansı bir şərh verməyib. Ancaq Rocers, ABŞ qiymətli kağızlarınada başlamış satışların Cümə axşamı günü də davam etməsinə təəccüblənmədiyini və bu tənəzzülün davam etməsini gözlədiyini bildirib.
 

Səhmlər bazarlarındakı tənəzzül Cümə axşamı günü də davam edib. S&P 500 İndeksi 3.8% geriləyib.  Artıq indeks 26 Yanvarda gördüyü rekord səviyyədən 10% düşüb. Dou Cons (Dow Jones) İndeksi 1000 bənddən çox düşüb.Cümə günü Asiya bazarlarında da itkilər davam edib və Nikkey 225 İndeksi 3.5% düşüb.

 

Qeyd edək ki, investorlar çox düşməmiş səhmlər və istiqrazları satmağa başlayıblar. Nəticədə də indekslər sürətlə düşür.

 

Ayı bazarı - bazarların (birjaların) aşağı istiqamətində hərəkət etdiyi vəziyyətə deyilir.

09.02.2018 07:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ