Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Yeni turizm növləri və ekskursiya marşrutları istifadəyə veriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni turizm növləri və ekskursiya marşrutları istifadəyə veriləcək

Azərbaycanda turizmin perspektiv inkişaf strategiyasında ölkənin bütün regionlarının bu sahədəki potensialından səmərəli şəkildə istifadə etmək nəzərdə tutulub. 

 

Reklam_3_11

Bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov qurumun bu gün keçirilən iclasında çıxışında bildirib.

 

"Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi üşün “Turizm haqqında” yeni qanun layihəsini hazırlayıb. Hazırda qanun lahiyəsi aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Bundan başqa, 2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strateqiyası hazırlanıb. Bu sahənin inkişafında turizm qurumları, o cümlədən Azərbaycan Turizm Assosiasiyası, Konqreslər Bürosu, Sağlamlıq və Termal Turizm Assosiasiyası, Yaşıl kənd Turizm Assosiasiyası və digər qurumlar mühüm rol oynayır", - deyə AzTA başçısı qeyd edib.

 

"Əlamətdar haldır ki, ölkəmizin, paytaxt Bakı da daxil olmaqla, əksər regionlarında turizmin müxtəlif növlərini, o cümlədən biznes, istirahət, sağlamlıq, idman turizmini inkişaf etdirmək üçün hər cür imkan var. Elə respublikada turizmin perspektiv inkişaf strategiyasında da ölkənin bütün regionlarının bu sahədəki potensialından səmərəli şəkildə istifadə etmək nəzərdə tutulub. Yaxın gələcəkdə yeni turizm növlərini görəcəyik", - deyə N.Bağırov əlavə edib.

 

Nahid Bağırov bildirib ki, yeni ekskursiya marşrutları və mövzuları işlənib hazırlanır.

 
"AzTA ölkədə ekskursiya bələdçilərinə təlabatı nəzərə alıb, öz nəzdində Bakı Ekskursiya Bürosu yaradıb. Respublikada turizm üzrə Strateji Yol Xəritəsi təsdiq olunub. Həmin sənədə görə, Azərbaycan 2020-ci ildə hədəflərə çatmalı və dünyanın aparıcı turizm ölkəsinə çevrilməlidir", - deyə o, qeyd edib. 

 

Assosiasiya rəhbərinin sözlərinə görə, hazırda Azərbaycana daha çox turist cəlb etmək üçün sadələşdirilmiş viza prosedurası həyata keçirilir.

 

"Ölkənin turizm siyasəti kompleks xarakter daşıyır. Qısa müddətdə Azərbaycanın bütün turist marşrutları üzrə mükəmməl infrastruktur şəbəkəsinin yaradılması və müasir turist yerləşdirmə obyektlərinin istifadəyə verilməsi bunun təsdiqidir", - deyə o, əlavə edib. 

 

Azərbaycanda 5 milyon 800 min ədəd ödəniş kartı var. Bu kartlardan 623 min ədədi kredit kartlarıdır.

 

© Report

09.02.2018 08:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ