Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Beynəlxalq Bankda yeni baş direktor

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankda yeni baş direktor

"AccessBank"ın icraçı direktoru dövlət bankının rəhbərliyinə təyinat alıb 


 

Reklam_3_11

"AccessBank"ın kadrı Azərbaycan Beynəlxalq Bankına keçib.


Bankın İctimaiyyətlə əlaqələr şöbəsindən "Marja"ya verilən məlumata görə, İnsan resursları və administrasiya üzrə İcraçı direktor Aynur Süleymanlı karyerasını Azərbaycan Beynəlxalq Bankında davam etdirəcək. Belə ki, A.Süleymanlı dövlət bankında İnsan resursları və administrasiya üzrə Baş direktor vəzifəsinə təyinat alıb.

 

Yeni təyinatdan sonra Beynəlxalq Bankda baş direktorların sayı 4-ə çatıb. Fuad İslamov, Cəlal Orucov və Vasif Əhmədov da Beynəlxalq Bankda baş direktorlardır.

 

A.Süleymanlı, "AccessBank"da çalışmazdan əvvəl 4 il beynəlxalq şirkətdə marketinq tədqiqatları sahəsində çalışıb. 2005-ci ildə "AccessBank"da İnsan resursları üzrə mütəxəssis vəzifəsində fəaliyyətə başlayıb və İcraçı direktor vəzifəsinədək yüksəlib.


A.Süleymanlı Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. "Heyətin idarə edilməsi" ixtisası üzrə bakalavr və magistr dərəcəsinə malikdir. O, Azərbaycan Banklar Assosiasiyasının "Tədris strategiyaları və İnsan Resursları üzrə" ekspert qrupunun da sədridir.


"AccessBank" A.Süleymanlıya gələcək fəaliyyətində uğurlar arzulayır!

09.02.2018 09:09

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ