Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan içkiləri Moskvada qızıl medallar ilə təltif olundu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan içkiləri Moskvada qızıl medallar ilə təltif olundu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Qızıl Quyu" limonadlarının, "Çeşmə" mineral sularının, "Lion" enerji içkilərinin və "Beloçka"günəbaxan tumlarının istehsalçısı olan "Ayan" MMC şirkəti Moskvada keçirilən "Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisində qızıl medallar ilə təltif olunub.

 

Reklam_3_11

Şirkətdən "Marja"ya verilən məlumata görə, "Qızıl Quyu", "Çeşmə" və "Lion" məhsulları "Ən Yaxşı Məhsul" nominasiyası üzrə qızıl medallara layiq görülüblər. 

 

"Bu yalnız bizim deyil, hər bir azərbaycanlının uğurudur",- şirkətdən bildirildi. 

 

2005-ci ildə yaradılmış “Ayan” MMC istehsal etdiyi yüksək keyfiyyətli məhsulların ixrac coğrafiyasını daha da genişləndirmək niyyətindədir. 

 

Qeyd edək ki, fevralın 9-dək davam edəcək "Prodexpo- 2018" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan ilk dəfə olaraq qida və içkilər pavilyonlarında "Made in Azerbaijan" vahid ölkə stendləri ilə təmsil olunur.


Pavilyonlarda Azərbaycanın 27 şirkətinin istehsal etdiyi meyvə şirələri, müxtəlif növ şərabları, təbii mineral suları, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsulları nümayiş olunur.

09.02.2018 09:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ