“Nar” Ağdamda yeni mağazasını təqdim edib ®

Ağdam rayonu Quzanlı qəsəbəsi Heydər Əliyev prospektində yerləşən və yeni konseptə uyğun olaraq açılan “Nar” mağazası qəsəbə və ətraf ərazilərdə yaşayan müştərilərin rahatlığı və onlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədini daşıyır.

 

Özünün müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalan mobil operator 8 fevral 2018-ci il tarixdə açılmış yeni mağazada təqdim etdiyi müxtəlif təkliflərlə “Nar” istifadəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.

 

Qeyd edək ki, “Nar” bölgələrdə yaşayan abunəçilərə yüksəkkeyfiyyətli mobil rabitə xidmətinin göstərilməsi məsələsinə hər zaman xüsusi həssaslıqla yanaşır və bu prinsip mobil operatorun inkişaf strategiyasının ayrılmaz hissəsidir. Bu çərçivədə “Nar” xüsusi olaraq Azərbaycanın müxtəlif bölgələri üçün yaradılmış və abunəçilərə yaşadıqları bölgələrdə dəqiqəsi cəmi 1 qəpiyə danışmaq imkanı vermiş “Yerlim” tariflər toplusunu təqdim edib. Bu tariflə hər bir kəs yaşadığı bölgədə doğmaları, dostları, bir sözlə, bütün yerlilərinə dəqiqəsi cəmi 1 qəpiyə zəng etmək fürsəti qazanıb.

 

Hazırda ölkədə 4 “Nar” satış-xidmət mərkəzi və 76 “Nar” diler dükanı fəaliyyət göstərir. Mağazaların ünvanı və xidmətlər haqqında ətraflı məlumatı mobil operatorun rəsmi internet səhifəsindən öyrənmək olar: nar.az/map.

9 Fevral 2018 , 14:02   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin