“Abşeron Aqro Parkı”nın məhsulları Berlin meyvə-tərəvəz sərgisində

 

“AS Group Investment” şirkətlər qrupuna aid “AS Aqro Co” şirkəti 7-9 fevral tarixlərində Almaniyanın paytaxtında keçirilən "Fruit Logistica" meyvə-tərəvəz sərgisində iştirak edir.

 

Şirkət Hövsanda yerləşən “Abşeron Aqro Parkı”nın məhsulları ilə təmsil olunur.

 

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə 9 ixracatçı Azərbaycan şirkətinin istehsal etdiyi meyvə-tərəvəz məhsulları vahid ölkə stendi ilə bu beynəlxalq sərgidə ziyarətçilərə təqdim edilir. Berlin sərgisində dünyanın 84 ölkəsindən 3200-ə yaxın şirkət iştirak edir.

 

"Abşeron Aqro Park" meyvə və tərəvəz istehsalı, çeşidlənməsi, qablaşdırılması, saxlanması və logistikası zəncirini həyata keçirən bir layihədir. Hövsanda hazırda pomidor və çiyələk isthsal olunur və bu məhsulların yerli bazara ünvanlanmaqla yanaşı, həmçinin MDB ölkələrinə, Fars körfəzi ölkələrinə və Avropaya ixracı nəzərdə tutulub. "Abşeron Aqro Park"ın tam fəaliyyəti zamanı 3500 nəfərədək şəxs işlə təmin ediləcək.

9 Fevral 2018 , 15:08   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin