Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Kənd Təsərrüfatı Nazirliyinin bəzi səlahiyyətləri ləğv olunur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kənd Təsərrüfatı Nazirliyinin bəzi səlahiyyətləri ləğv olunur

 

"Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" ölkə prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq, bir sıra qurumların, o cümlədən, Kənd Təsərrüfatı Nazirliyinin bəzi səlahiyyətlərinin məhdudlaşdırılması, onların səlahiyyətlərinin yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyinə verilməsi nəzərdə tutulur.

Reklam_3_11

 

Bununla bağlı "Baytarlıq haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur.

 

Qanun layihəsi bu gün Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb. Komitə sədri Eldar İbrahimov bildirib ki, fərmanın tələblərindən irəli gələn yeni qanunvericilik sənədinə əsasən baytarlıq nəzarətinin və xidmətlərinin əhatə dairəsi dəqiqləşdirilir, Azərbaycanda baytarlıq xidmətinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirildiyi təsbit olunmaqla, baytarlıq xidmətinin təşkili, hüquqları, vəzifələri və sair ilə bağlı mövcud qanunda nəzərdə tutulan bir sıra maddələr ləğv olunur. Yəni qanun layihəsinə edilən dəyişiklikdə baytarlıq, bitki mühafizəsi və karantin sahəsində (heyvan və bitki mənşəli məhsullar və xammal istisna olunmaqla) dövlət nəzarətinin və xidmətlər göstərilməsinin Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətində qalması, heyvan və bitki mənşəli məhsullar və xammal da daxil olmaqla, qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsinin Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyət bölgüsünə daxil edilməsi təklif olunur.  

 

Qanun layihəsində heyvan mənşəli məhsul və xammal anlayışı da əksini tapıb. Bununla bağlı qanuna 1.0.14 və 1.0.15-ci maddələrin əlavə edilməsi təklif olunur. 1.0.14-cü maddədə qeyd edilir ki, heyvan mənşəli məhsullar insan istehlakı üçün yararlı olan ət, süd, yumurta, bal və emal yolu ilə alınan məhsullardır. 1.0.15-ci maddədə bildirilir ki, heyvan mənşəli xammal gön, dəri, yun, tük, qıl, lələk. Sümük, buynuz, dırnaq, qida və yem üçün yaramayan digər heyvan mənşəli tullantılar və baytarlıq konfiskatlarıdır.   

 

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 

© APA

09.02.2018 12:35

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ