Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Gecə neft kəskin ucuzlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gecə neft kəskin ucuzlaşdı

Bu gecə Brent nefti 3,23% ucuzlaşaraq 62,79 dollara, ABŞ xam nefti isə 3,5% ucuzlaşaraq 59,08 dollara düşüb. Hətta bir müddət Brent nefti 61,88 dollar səviyyəsini də görüb.

 

"Marja" xəbər verir ki, neftin ucuzlaşmasının səbəbi ABŞ-da qazılan neft quyuları sayının və neft hasilatının sürətlə artmasıdır.

 

Qeyd edək ki, 24 Yanvar 2018-ci il tarixində Brent neftinin qiyməti 70 dolları keçmişdi. Artıq həmin səviyyə ilə müqayisədə Brent nefti 11% ucuzlaşıb.

 

Neft sahəsinə xidmət şirkəti "Baker Hughes"ın məlumatına görə, 3-9 Fevral dövründə ABŞ-da 26 yeni neft quyusunun qazılmasına başlanıb. Beləliklə, son bir ilin ən sürətli həftəlik artımını göstərən bu say, 2015-ci ilin Aprel ayından bu yana ən yüksək səviyyədir.
 

Bundan başqa, ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) çərşənbə günü açıqladığı məlumatlarına görə, ölkənin xam neft hasilatı ötən həftə 10,25 milyon barelə çıxaraq ölkə tarixində ən yüksək səviyyəyə çatıb (rekord) və dünyanın ən böyük ikinci xam neft istehsalçısı olan Səudiyyə Ərəbistanının istehsalını da geridə qoyub.
 

EIA-nın çərşənbə günü dərc etdiyi hesabatına görə, ABŞ-ın gündəlik xam neft hasilatının bu il 10,6 milyon barrelə yüksəlməsi, gələn il də 11,2 milyon barrelə çataraq dünyanın ən böyük xam neft istehsalçısı olan Rusiyanı keçəcəyi gözlənilir.

10.02.2018 05:37

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ