Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Vəziyyətinin sabitləşdirilməsinin yolu islahatlardan keçir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Vəziyyətinin sabitləşdirilməsinin yolu islahatlardan keçir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon Gəncədə səfərdə olub. O, Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən Azərbaycanın Dünya Bankında üzvlüyünün 25 illiyi və ölkənin kənd təsərrüfatının inkişafı sahəsində fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. Tədbirdən sonra isə M.Tembon müsahibə verib.

 

- Səfərinizin ilk günü Azərbaycan prezidenti və hökumətin iqtisadi blokuna daxil olan rəsmilərlə görüşdünüz. Əsas müzakirə olunan məsələlər nələr olub?

 

- Hazırda biz Azərbaycanla əməkdaşlıq strategiyamızın aralıq icmalını həyata keçiririk. Görüşdə məqsədimiz Azərbaycanla tərəfdaşlıq proqramlarımızın əsas məsələlərini müzakirə etmək idi. Cənab Prezidentlə görüşən zaman, ötən 2 il ərzində görülmüş işlərin nəticələri ilə bağlı məlumat verdik və eyni zamanda növbəti 2 il üçün mümkün ola biləcək əməkdaşlıq barədə də danışdıq.

 

- Sizcə Azərbaycan hökumətinin milli valyutanın (manatın) məzənnəsinin sabitləşdirilməsi və bank sektorunun stabilləşməsi üçün daha hansı addımlar atılmalıdır?

 

- Azərbaycanın makroiqtisadi vəziyyətinin sabitləşdirilməsinin yolu islahatlardan keçir. Son 2 il ərzində Azərbaycan hökuməti bir çox makroiqtisadi və digər istiqamətlərdə islahatlar həyata keçirib və bilirik ki, bunun əsasasında dayanan səbəb ölkənin xarici şoklara qarşı həssaslığı olub. Bir daha bildirmək istəyirəm ki, istənilən sabitəşdirmə tədbirləri üçün islahatlararın görülməsi zəruridir.

 

- Dünya Bankı “Cənub Qaz Dəhlizi” layihəsi üçün əlavə vəsait ayırmağı planlaşdırırmı?

 

- Bizim münasibətlərimiz səmimi və əsl tərəfdaşlığa əsaslanır və bu tərəfdaşlıq isə onu nəzərdə tutur ki, hər iki tərəf müzakirələrin gedişində öz fikirlərini, mövqelərini bir-birləri ilə bölüşür. Hazırda mən bunun, yəni belə bir müraciətin olub-olmaması haqqinda fikir bildirə bilməyəcəyəm.

 

- Bu il daha hansı sahələrə kredit ayırmaq fikriniz var?

 

- Qeyd etdiyim kimi biz bir neçə istiqamət üzrə çalışırıq və bizim bu fəaliyyətimizin əsas istiqamətləri bir neçə prinsiplərə əsaslanır. Bunlardan birincisi makroiqtisadi sabitliyin təmin edilməsi, digər istiqamətimiz isə insanların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş və dayanıqlı, inklüziv inkişafına nail olunmasıdır.

 

© Report

10.02.2018 07:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ