Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Xəzər adaları” Hacı İbrahimdən alınıb?

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Xəzər adaları” Hacı İbrahimdən alınıb?

Bu gün "Yeni Müsavat" qəzetinin yadığı məlumata görə, "Xəzər Adaları" layihəsi bütünlüklə iş adamı hacı İbrahimdən alınıb, dövlət tərəfindən yeni investorlara təklif olunub.
 

Qəzet bildirir ki, yaxın zamanlarda yeni inverstorlar layihənin icrası prosesini davam etdirməyə başlayacaqlar.

 

Məsələ ilə bağlı hacı İbrahim Nehrəmli açıqlama verib. O, layihə ilə bağlı hər hansı yenilik olmadığını, yayılan məlumatın həqiqətə uyğun olmadığını deyib: "Yalan söhbətdir, belə bir məsələ yoxdur".


 
Hacı İbrahimdən Beynəlxalq Banka olan borcunu ödəyib-ödəmədiyi də soruşulub. O, suala cavab vermək istəmədiyini bildirib: "Mən bu barədə danışmaq, müsahibə vermək istəmirəm. Müsahibə vermək istədikdə özüm sizlərə xəbər edəcəm".

 

Xatırladaq ki, 2015-ci ilin martında Cahangir Hacıyev Beynəlxalq Bankın direktoru vəzifəsindən uzaqlaşdırılandan az sonra məlum oldu ki, Azərbaycanda çoxlu sayda iş adamı bankdan yüz milyonlarla manat kredit götürüb qaytarmayıblar. Fakt üzrə qaldırılmış cinayət işi çərçivəsində onlarla sahibkar DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi (MCQMBİ) tərəfindən saxlanıldı. Saxlanılan iş adamlarından biri də "Avesta" konserninin rəhbəri, Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun  qardaşı hacı İbrahim Nehrəmli idi.

10.02.2018 11:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ