Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Sosial evlərə müraciət – "ASAN"LAŞDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sosial evlərə müraciət – "ASAN"LAŞDI

Sosial mənzilləri almaq istəyən vətəndaşların müraciətləri may ayınadək “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək. Mənzil İnşaatı Dövlət Agentliyindən verilən məlumata görə, indi sistemin əsasnaməsinin hazırlanması işi davam etdirilir. 

 

Əsasnamə təsdiq olunduqdan sonra vətəndaşlardan müraciətlərinin qəbuluna başlanılacaq. May ayınından etibarən isə “Güzəştli mənzil” elektron sistemi istifadəyə veriləcək. Bu sistem vasitəsilə vətəndaşlar qeydiyyatdan keçmək və növbəlilik prinsipinə əsasən mənzilləri əldə etmək imkanına malik olacaqlar. 

 

Xatırladaq ki, sosial evlər bu kateqoriyadan olan vətəndaşlara güzəştli şərtlərlə veriləcək: 

 

- Gənc ailənin üzvü olan aşağıdakı şəxslər: 

- Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları); 

- Milli Qəhrəman (özü, əri/arvadı, övladları); 

- Məcburi köçkün və ya ona bərabər tutulan şəxs; 

- Üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs; 

- Elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs; 

- İdman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər);

- Üç ildən az olmayan müddətdə hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), eləcə də ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları.

Qeyd edək ki, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə (şəxs) bu güzəştlərdən yalnız bir dəfə istifadə edə bilər. 

25.01.2017 14:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ