Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Dərman istehsalı zavodlarının yaradılması istiqamətində işlər davam etdirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dərman istehsalı zavodlarının yaradılması istiqamətində işlər davam etdirilir

Yerli əczaçılıq sənayesinin təşkili məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında “Hayat Pharm” və “Caspian Pharmed” dərman preparatları, eləcə də şpris istehsalı zavodlarının yaradılması istiqamətində işlər davam etdirilir. 

 

"Marja" xəbər verir ki, bunu Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov bildirib.

 

O qeyd edib ki, Sənaye Parkına Rusiyanın “R-Farm” şirkəti ilə birgə təsis edilmiş “Həyat Farm” MMC tərəfindən ümumilikdə 74 milyon ABŞ dolları, İran İslam Respublikasının “TPICO” şirkəti ilə birgə təsis ediləcək müəssisə tərəfindən isə ilkin mərhələdə 20,6 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu nəzərdə tutulur. 

 

“Həyat Farm” MMC tərəfindən 300 adda, digər birgə müəssisə tərəfindən isə birinci mərhələdə 85 adda əczaçılıq məhsulu istehsal ediləcək

 

Pirallahı Sənaye Parkının rezidenti - “Diamed Co” MMC tərəfindən Sənaye Parkında qabaqcıl Avropa ölkələri, eləcə də Yaponiya və Koreya texnologiyaları əsasında ildə 100 milyon ədəd müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı nəzərdə tutulur. Bu müəssisələrdə 350-ə yaxın yeni iş yerlərinin açılması nəzərdə tutulur.

 

 Azərbaycanda istehsal ediləcək əczaçılıq məhsullarının yerli bazarla yanaşı, bir sıra xarici ölkələrə satışının təşkili də planlaşdırılır.

 

 Bundan əlavə, “Azərbaycan İnvestisiya Şirkəti” və Ukraynanın “İndar” şirkəti arasında Azərbaycanda insulin zavodunun tikilməsi barədə memorandum imzalanmışdır. Zavodun tikintisi Pirallahı Sənaye parkında iki il ərzində yerinə yetiriləcəkdir. Müqaviləyə əsasən burada 3 hektar ərazidə, infuziya və inyeksiya məhlullarının beynəlxalq standartlara (GMP) uyğun istehsalı üzrə müəssisənin yaradılacaq.

10.02.2018 11:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ