Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Sərnişin təyyarəsində olanların hamısı həlak olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sərnişin təyyarəsində olanların hamısı həlak olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Moskva ətrafında qəzaya uğramış "An-148" sərnişin təyyarəsində olanların hamısı həlak olub.

 

Bu barədə Moskva Vilayətlərarası Nəqliyyat Prokurorluğunun mətbuat xidmətinə istinadən RİA "Novosti" məlumat yayıb.

 

"Hava gəmisinin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olub, hamısı ölüb", - deyə idarədən bildirilib.

 

XXX

 

Qəzaya uğramış "An-148" təyyarəsinin bir "qara qutusu" tapılıb

 

Rusiyada qəzaya uğramış "An-148" sərnişin təyyarəsinin "qara qutu"larından biri tapılıb.

 

Bunu yerli Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin rəisi deyib.

 

Göyərtəsində 65 sərnişin və 6 heyət üzvünün olduğu təyyarə Moskvanın Domodedovo aeroportundan havaya qalxdıqdan iki dəqiqə sonra radarlardan itib. Təyyarə "6W 703" saylı reys ilə Moskvadan Orenburq vilayətinin Orsk şəhərinə uçub.

 

Aktiv transponderlər vasitəsi ilə təyyarələrin yerdəyişməsini izləyən "FlightRadar24" xidmətinin məlumatına görə, təyyarə Bakı vaxtı ilə 15:26-da birdən-birə yüksəkliyi itirib.

 

Qəza yerinə gələn ilk xilasedicilərin bildirdiyinə görə, təyyarənin hissələri bir-birindən təxminən bir kilometr məsafədədir.

 

Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, faktla bağlı cinayət işi açılıb.

 

XXX

 

Rusiyada qəzaya uğrayan "An-148" təyyarəsinin vertolyotla toqquşduğu bildirilir.

 

Moskva ətrafında "An-148" sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə ikinci hava gəmisinin də qalıqları aşkar edilib.

 

Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "Lenta.ru" məlumat yayıb.

 

Nəşrin daha bir mənbəsi isə "An-148" təyyarəsinin çox güman ki, havaya qalxarkən vertolyotla toqquşduğunu qeyd edib.

 

Hadisə yerində 50 cəsədin tapıldığı bildirilir.

 

"İnterfax"ın mənbəsinin məlumatına görə isə təyyarə "Rusiya Poçtu"na məxsus vertolyotla toqquşub.

 

Öz növbəsində "Rusiya Poçtu" idarəyə məxsus vertolyotun "An-148" təyyarəsi ilə toqquşmasına dair məlumatı təkzib edib.

 

"Məlumat həqiqətə uyğun deyil. "Rusiya Poçtu" bu informasiyanı təkzib edir. "Rusiya Poçtu" iki ədəd "Tu-204" vertolyotundan istifadə edir", - deyə idarənin mətbuat xidmətindən bildirilib.

 

Hadisə şahidləri təyyarənin səmada yandığını bildirirlər. Söhbət hava gəmisində hər hansı bir partlayışın baş verə bilməsindən gedir.

 

XXX

 

Rusiyanın "Saratov Hava Yolları" aviaşirkətinə məxsus "An-148" təyyarəsi Moskva vilayətinin Voskresenski rayonunun Arqunovo kəndi ərazisində qəzaya uğrayıb.

 

Göyərtəsində 65 sərnişin və 6 heyət üzvünün olduğu təyyarə Moskvanın Domodedovo aeroportundan havaya qalxdıqdan iki dəqiqə sonra radarlardan itib.

 

Təyyarə "6W 703" saylı reys ilə Moskvadan Orenburq vilayətinin Orsk şəhərinə uçurmuş.

 

Aktiv transponderlər vasitəsi ilə təyyarələrin yerdəyişməsini izləyən "FlightRadar24" xidmətinin məlumatına görə, təyyarə Bakı vaxtı ilə 14:26-da birdən-birə yüksəkliyi itirib.

 

Qəza yerinə gələn ilk xilasedicilərin bildirdiyinə görə, təyyarənin hissələri bir-birindən təxminən bir kilometr məsafədədir.

 

Moskvada bir həftədir mürəkkəb hava şərait hökm sürür və bu gün səhərdən etibarən qar yağır.

11.02.2018 17:21

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ