İstiqrazlar listinqə qəbul edildi

"Azərbaycan İpoteka Fondu" ASC-nin istiqrazları BFB-də listinqə qəbul edilmişdir.

 

24 yanvar 2016-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Azərbaycan İpoteka Fondu" ASC- nin (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazları BFB-də əsas bazar seqmentində listinqə daxil edilmişdir. Birjadan “Marja”ya daxil olmuş məlumata görə, istiqrazların buraxılış şərtləri aşağıdakı kimidir:

 

Emitent

Q/k növü və forması

Ticarətə buraxılan qiymətli kağızların sayı

Nominal

İstiqrazlar üzrə gəlirlilik

1

"Azərbaycan İpoteka Fondu" ASC

Adi,

sənədsiz, adlı təmin edilmiş,

faizli

50 000 (ədəd)

1000 AZN

3 %

 

 

 

Listinqə alınmış qiymətli kağızlar kütləvi təklif qaydasında, hərraclar vasitəsilə BFB-də yerləşdiriləcəkdir. İstiqrazlar hərraca tranşlarla (hissə-hissə) çıxarılacaqdır. Hərracların keçirilməsi tarixi və hərraca çıxarılacaq qiymətli kağızların miqdarı barədə məlumat əlavə olaraq açıqlanacaqdır.

 

İlk hissəsinin yerləşdirilməsinə başlanılır

 

27 yanvar 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) «Azərbaycan İpoteka Fondu» ASC – nin (AİF) AZ2010008681 dövlət qeydiyyat nömrəli, faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının kütləvi təklif qaydasında yerləşdirilməsi üzrə ilk hərrac keçiriləcəkdir

 

. İstiqrazların buraxılış parametrləri aşağıdakılardır:

Dövlət qeydiyyat №-si

AZ2010008681

Hərraca çıxarılan həcm

10 000 000 AZN

İstiqrazların nominal dəyəri

1000 АZN

İstiqrazların tədavül müddəti

3600  gün

İstiqrazlar üzrə gəlirlilik

3 %

 

İstiqrazların buraxılış şərtlərinə əsasən, bir istiqrazın satış qiyməti 1000 AZN təşkil edəcəkdir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.

AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

25 Yanvar 2017 , 18:01   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin