Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"100 arı ailəsi varsa, 1000 manat subsidiya alacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"100 arı ailəsi varsa, 1000 manat subsidiya alacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hər arı ailəsinə görə arıçılara 10 manat subsidiya veriləcəyi xəbəri arıçılar tərəfindən razılıq hissi ilə qarşılanıb.

 

Azərbaycan Arıçılar Assosiasiyası Zaqatala rayon şöbəsinin rəhbəri, peşəkar arıçı Mövlüddin Qurbanəliyev  müsahibəsində deyib:

 

“Uzun illərin arıçısı kimi deyə bilərəm ki, subsidiyalar arıçılığın inkişafına böyük dəstək olacaq. Məsələn, əgər bir təsərrüfatda 100 arı ailəsi varsa, deməli ona veriləcək subsidiyanın məbləği 1000 manat təşkil edəcək. Bu vəsait həmin təsərrüfatdakı arı ailələrinin mövsümlə əlaqədar digər ərazilərə köçürülməsi, həmçinin arıların müalicəsi üçün zəruri dərman vasitələrinin alınmasına tam yetərlidir”.

 

Assosiasiyanın rayon şöbəsinin rəhbəri bildirib ki, 2017-ci ildə aparılan son statistikaya görə, rayonda 570 arıçı və onlara məxsus təsərrüfatlarda 17 mindən çox arı ailəsi var. Subsidiyaların verilməsi ilə əlaqədar hazırda şöbə tərəfindən arıçılıq təsərrüfatlarının və arı ailələrinin yenidən qeydiyyata alınması prosesinə başlanılıb. Bu məlumatlar daha sonra Kənd Təsərrüfatı Nazirliyinə göndəriləcək.

12.02.2018 04:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ