“Qala Sığorta”nın 3 ən iri sığorta ödənişi

Azərbaycan sığorta bazarının ən dinamik şirkəti olan “Qala Sığorta” 2017-ci il ərzində həyata keçirdiyi 3 ən iri sığorta ödənişinin məbləğini açıqlayıb.

 

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ötən ildə “Qala Sığorta” şirkətinin müxtəlif hadisələr üzrə 3 ən iri sığorta ödənişinin məbləği 37 683 manat təşkil edib.

 

Belə ki, “Qala Sığorta” şirkəti tərəfindən “Avtomobillərin tam sığortası” üzrə Ağstafa rayonu Köçvəlli kənd ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Mercedes Benz markalı avtomobilə dəyimiş zərərə görə 19 033 min manat; Sumqayıt şəhərində baş vermiş yol nəqliyyat hadisəsi zamanı“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bir hadisə nəticəsində üçüncü şəxslərə dəyən zərərə görə 10 000 manat və Bakı şəhərində içtimai iaşə müəssəsinin daxilində baş vermiş subasma nəticəsində “Daşınmaz əmlak istifadəçilərinin mülkü məsuliyyətinin icbari sığortası” üzrə bir sığorta hadisəsinə görə isə 8 650 manat həcmində sığorta ödənişləri həyata keçirib. Ödənilən vəsaitlər qanunvericiliyin tələbləri gözlənilməklə vaxtında və operativ qaydada həyata keçirilib.

 

Qeyd edək ki, 2017-ci ildə “Qala Sığorta” tərəfindən müxtəlif sığorta hadisələri üzrə ümumilikdə 424 000 manat həcmində sığorta ödənişi verilib.

12 Fevral 2018 , 11:52   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin