Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Mərkəzi Bank etiraf etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank etiraf etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ötən ilin yazından bu yana Dollar/Manat məzənnəsi ciddi dəyişmir, uzun müddətdir 1.7001 səviyyəsində qalır. Belə bir vəziyyət ictimaiyyətdə Manatın “üzən” məzənnə rejimində olub-olmadığı barədə sualların yaranmasına səbəb olmuşdur.

 

“Marja”nın məlumatına görə, bu gün Mərkəzi Bankın sədri Elman Rüstəmov etiraf edib ki, Manatın mövcud olduğu rejim - sabit məzənnə rejimindən tam üzən məzənnə rejiminə keçid zamanı tətbiq edilən aralıq rejimdir.

 

“Biz həmişə demişik ki, Manatın möhkəmlənməsi potensialı mövcuddur. Manatın geri “rallisi” başlaya bilər. Biz bir daha deyirik ki, belə şəraitə qayıtmaq istəmirik. Bunu biz, əminəm ki, ölkə əhalisi və biznes də istəmir. Əgər Manatın tam üzməsinə imkan versək, bunun çox ciddi mənfi makro-iqtisadi nəticələri ola bilər. Dünyada geniş istifadə edilən aralıq rejim var. Bu məzənnə rejimindən dünyanın bir çox ölkəsində, məsələn, İsveçrədə istifadə olunur. Biz tam üzən məzənnə rejiminə keçəcəyimizə sadiq qalırıq. Lakin buna mərhələ-mərhələ keçmək lazımdır. Başlıca məsələ valyuta bazarında vəziyyətin tam sabitləşməsidir. Azərbaycan yaxın dövrlərdə yeni fiskal qaydalara, biz də bunun əsasında qurulmuş monetar siyasətə keçəcəyik”.

 

Elman Rüstəmov qeyd edib ki, tam makro-iqtisadi sabitliyin təmin olunması, iqtisadiyyatın xarici şoklara davamlılığının təmin edilməsi tam üzən məzənnə rejimi şəraitində mümkündür:

 

“Lakin tam üzən məzənnəyə keçmək üçün biz bir sıra amillər var. Bilirsiniz bazara valyuta yalnız hökumət tərəfindən çıxarılır. Bu valyuta transfertləri çox dayanıqlı bir formada olmalıdır. Bu dayanıqlığı təmin edən əsas amil yeni büdcə qaydalarına keçiddir. Bu qaydalar Maliyyə Nazirliyi tərəfindən hazırlanmış və artıq Maliyyə Sabitliyi Şurasında  qəbul edilmişdir. Ölkə yeni büdcə qaydalarına keçəcəkdir. Yeni büdcə qaydaları bazara valyuta təklifini stabilləşdirəcək, onu proqnozlaşdırılan edəcəkdir”.

 

Elman Rüstəmov əlavə edib ki, 2017-ci ildə Mərkəzi Bankın valyuta bazarına əhəmiyyətli müdaxilələri olmayıb.

12.02.2018 10:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ