Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Moody’s”: “Diversifikasiya Azərbaycan iqtisadiyyatının dayanıqlılığını artıracaq”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Moody’s”: “Diversifikasiya Azərbaycan iqtisadiyyatının dayanıqlılığını artıracaq”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Diversifikasiya orta və uzunmüddətli perspektivdə Azərbaycan iqtisadiyyatının dayanıqlılığını artıracaq”.

 

Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı dərc etdiyi “İqtisadi diversifikasiyanın perspektivləri” adlı sənəddə qeyd olunub.

 

Agentliyin mütəxəssisləri bildirir ki, buna baxmayaraq artım yavaş sürətlə və dövlət vəsaiti hesabına baş verəcək. “Azərbaycan hökuməti qeyri-neft sektorunun müxtəlif sahələrinin inkişafını yüksəldir. 2016-cı ilin dekabrında prezident İlham Əliyev tərəfindən ”Strateji Yol Xəritələri” imzalanaraq qüvvəyə minib. Bu sahələr arasında daha çox turizm, nəqliyyat və logistika inkişaf edib. Turizm infrastrukturunun inkişafı növbəti illərdə Azərbaycana əlavə turist axınına səbəb olacaq. Bundan başqa, Azərbaycan Çini və Mərkəzi Asiyanı Avropa (Şərq-Qərb dəhlizi), Rusiyanı İran və Cənubi-Asiya (Şimal-Cənub dəhlizi) ilə birləşdirən əsas nəqliyyat və logistika mərkəzinə çevrilmək niyyətindədir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı artıq Xəzər dənizinin ən böyük limanı hesab edilir. Limanın Ələtdə ilk mərhələsinin qurulması isə 2018-ci ilin ortalarına təsadüf edəcək. Yeni liman azad ticarət zonasında yerləşməklə Bakının beynəlxalq hava limanı və dəmir yollarını əhatə edəcək ki, bununla da Azərbaycanın nəqliyyat infrastrukturu Rusiya, Gürcüstan və Türkiyə (Bakı-Tbilisi-Qars), eləcə də İranla birləşməklə daha da inkişaf edəcək”, - deyə sənəddə bildirilir.

 

Sənəddə o da qeyd olunub ki, Azərbaycan hökumətinin diversifikasiya planları fiskal xərclər hesabına başa gələcək: “Vergi və gömrük təşviqatı qeyri-neft sektorunun inkişafının bir hissəsidir. Qiymətləndirməyə görə, təkcə nəqliyyat və logistika mərkəzinin qurulması üçün infrastruktur üzrə investisiya xərcləri 2017-ci ildə ÜDM-in 5%-nə bərabər olub”.

 

© APA

12.02.2018 12:16

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ