Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Mətanət A” şirkətində vakansiyalar

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Mətanət A” şirkətində vakansiyalar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

1. “Mətanət A” şirkəti İstehsal avadanlıqları üzrə mexanik vakansiyanı elan edir

 

İşin təsviri:

 

-Müəssisədə olan mexaniki  avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə çalışmasını, saxlanılmasını təmin etmək; 

-Mexaniki avadanlıqların vaxtı-vaxtında təmirini və düzgün texniki istismarını təşkil etmək; 

-İstehsal qurğu  və avadanlıqlara mütamadi baxış, sınaq və profilaktik təmir işlərinin icrasını həyata keçirmək, istehsalatın texniki hazırlığını təmin etmək; 

-Təmir işləri üçün ehtiyat hissə bazası yaratmaq ;

-Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik etmək; 

-Həyata keçirilən təmir bərpa işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini, avadanlığın modernləşdirilməsi, dəzgah və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək; 

-Yeni avadanlıqların, qurğuların  quraşdırılması və yeni texnikaların mənimsənilməsi; 

-Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi; 

-Avadanlıqlar, dəzgahlar və qurğular üzrə metodiki, normativ aktlar hazırlamaq 

 

Əmək haqqı:

 

Razılaşma yolu ilə

 

Tələblər:

 

-Ali təhsilli (texniki)

-Ailəli

-Yaş həddi 28-40

-Bakı şəhər sakini

-Layihə oxumağı bacaran

-Ofis proqramlarını bilən (Autocad arzuolunandır)

-Rus dilini bilən

-Orta səviyyədə ingilis dilini bilən (texniki terminlər v.s.)

-Mexaniki və texniki sahədə minimum 1 il iş təcrübəsi olan

-Ciddi və komandada işləmə bacarığı olan

 

Şəxsi keyfiyyətləri:

-Fikrini izah etmək qabiliyətli;

-Ünsiyyət yaratmaq bacarıqlı;

-Fəal olması;

-İşə planlı yanaşması.

 

Qeyd

 

-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;

-Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin

 


 

2.Təchizatçı vakansiyası

 

İşin təsviri:

 

-Şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizat təmininin  həyata kecirilməsi;

-Avadanlıq, mal-material, ehtiyat hissələri, xidmət tədarükçülərinin  axtarışı, təhlili və seçimi;

-Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;

-Alınan malların keyfiyyətinə nəzarət.

 

İş şəraiti:

 

-İş saatı: 09-00-dan 18-00-dək

-İstirahət: Şənbə bazar günü

 

Əmək haqqı

 

-Razılaşma yolu ilə

 

Tələblər:

-Yaş həddi: 23-40

-Təhsili: Ali təhsilli

-İş təcrübəsi: Minimum 2 il

-Dil bilikləri: İngilis dilini bilməsi mütləqdir, rus dilini bilənlərə üstünlük verilir

-Kompüter biliyi: Word, Excell, Internet Explorer

 

Tələblər:

 

-Xarici Satınalma və təchizat sahəsində təcrübə (texniki biliyi olan, sənaye avadanlıq, elektrik və elektronik malların və onların  ehtiyyat hissələrinin alışı təcrübəsi olan,  beynəlxalq ticarəti bilənlərə üstünlük verilir)

 

-Yaxşı Analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları qiymətlərin formalaşdırma metodlarını və strategiyasını bilməsi;

 

-Satınalma sənədlərinin hazırlanma qabiliyyəti;

 

-Satınalma müqavilələri ilə işləmə bacarığı;

 

-Gömrüklə işləmə təcrübəsi;

 

-Xarici logistikanın əsas bilikləri;

 

-Yüksək məhsuldarlıq və iri həcmli informasiyalarla işləmə qabiliyyəti;

 

-Xarici və daxili ezamiyyətlərə getmə imkanı.

 

Qeyd:

 

-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar   olunan şəxslər işə götürülmürlər;

-Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin.

12.02.2018 13:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ