“Ofisait” və “OYAL”dan yeni endirim kampaniyası

“Ofisait” və “OYAL” brendi bu gündən başlayaraq yeni endirim kampaniyasına başlayıb.  

 

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, bu ilin fevral ayının 12-dən mart ayının 25-dək “Ofisait” mağazalar şəbəkəsində bütün məhsullara 15% endirim, seçilmiş digər məhsullara isə 30% endirim olunacaq.  

 

Müştərilər “Ofisait” mağazalarına yaxınlaşmaqla “OYAL”, “ASSİS”, “QUİCKS”, “Cassa”, “SilSil”, “Boltexno”, “Frauzen”, “Hansbur”, “Samuray”, “Zyklen” və digər tanınmış brendlərin məhsullarını endirimli qiymətə əldə edərək kampaniyadan yaralana bilərlər.  

 

Kampaniya ilə bağlı daha ətraflı məlumat almaq üçün 012 310 4 310 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

 

Qeyd edək ki, OYAL brendi 23 ilə yaxındır ki, Azərbaycan bazarında “Məktəbli Arzuları” devizi ilə nəinki məktəblilərin, eyni zamanda tələbələrin, iş adamlarının və valideynlərin sevimlisinə çevrilmişdir.

 

Şirkətin məhsullarını Bakı və bölgələrdə 30-a yaxın filialı olan “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından da əldə etmək mümkündür.

12 Fevral 2018 , 17:16   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin