Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda bankda hesab açmağı asanlaşdıracaq pilot layihəyə başlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda bankda hesab açmağı asanlaşdıracaq pilot layihəyə başlanıb

“Blokçeyin” olduqca inqilabi texnologiyadır. Azərbaycan Mərkəzi Bankı bu texnologiyanın kommersiya (kriptovalyuta) deyil, informasiya saxlamaq imkanlarından istifadə etməyi planlaşdırır".

 

“Marja”nın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

 

Sədr qeyd edib ki, Mərkəzi Bank “blokçeyin” texnologiyası ilə bağlı pilot layihəyə başlamışdır:

 

“Belə ki, bu gün bir şəxs bankda hesab açan zaman bir çox sənədləri təqdim etməlidir. Həmin şəxsdən ikinci, üçüncü bankda hesab açan zaman da eyni sənədlər tələb olunur. Biz “blokçeyin” texnologiyasından istifadə edərək “müştərini tanı” sistemini yaradırıq. Müştəri barədə bütün informasiyalar bu sistemdə toplanacaqdır. İstənilən bank bizim “blokçeyn” texnologiyası əsasında quracağımız sistemə müraciət edəcək və bütün informasiyaları alacaqdır. Bu informasiya əsasında da hesab açılacaqdır. Müştəriyə 5 bankda hesab açmaq üçün 5 sənəd toplusu lazım olmayacaqdır. “Blokçeyin” texnologiyasının daşınar əmlakın, torpağın, daşınmaz əmlakın uçotunun aparılması üçün çox böyük imkanları var”.

 

"KRİPTOVALYUTALAR ÇOX TƏHLÜKƏLİDİR"

 

Elman Rüstəmov bildirib ki, Blokçeyn texnologiyasının kommersiya tərəfi - kriptovalyutalar isə çox təhlükəlidir: "Biz dövlət səviyyəsində vətəndaşlara xəbərdarlıq edirik ki, kriptovalyutalar çox təhlükəlidir, yatırdıqları vəsaiti bir anda itirə bilərlər".

13.02.2018 06:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ