“AFB Bank”ın sədr müavini ABA-da ekspert qrupuna sədr təyin edilib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağında, “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”nun yaradılması təstiq edilib.


Yeni yaradılmış Ekspert Qrupunda aktiv və passivlərin idarə olunması, valyuta əməliyyatları, qiymətli kağızlar, kapital və pul bazarları, törəmə əməliyyatlar, fondların idarə olunması, likvidliyin idarə olunması, valyuta mövqeyinin idarə olunması, valyuta, faiz və likvidlik risklərinin idarə olunması, aktivlərin transfer qiymətləndirilməsi və digər istiqamətlərdə məsələlər müzakirə olunacaq.


Yığıncaqda “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”na sədr kimi “AFB Bank”ın İdarə Heyəti Sədrinin müavini Aydın Hüseynov təyin edilib.


Qeyd edək ki, Aydın Hüseynov  1996-2000-ci illərdə Türkiyə  Cümhuriyyətnin Egey Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Bakalavr, 2000-2002-ci illərdə Ankara Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Magistr və 2002-2005-ci illərdə həmin Universitetdə Tətbiqi Riyaziyyat ixtisası üzrə Doktorantura təhsilini tamamlayaraq Riyaziyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi almışdır. Fəlsəfə Doktoru elmi dərəcəsi Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya olunmuşdur. 2014-cü ildən başlayaraq Bakı Dövlət Universitetində Riyazi İqtisadiyyat Kafedrasında Elmlər Doktoru elmi dərəcəsi üçün təhsilini bu günə qədər davam etdirməkdədir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adı verilmişdir.

Aydın Hüseynov əmək fəaliyyətinə 2007-ci ilin Aprel ayından Yapı Kredi Bank QSC-də Kreditlərin Təhlili Departamentinə Mütəxəssis olaraq başlamışdır. 2008-2009-cu illərdə həmin bankda Fondların İdarə Edilməsi Departamentində  Mütəxəssis kimi fəaliyyətini davam etdirmişdir. Paralel olaraq Yapı Kredi İnvest MMC-də Qiymətli Kağızlar üzrə broker və diler kimi işləmişdir. 2009-2012-ci illərdə TuranBank ASC-də Birja Əməliyyatları Şöbəsində müdir, 2012-ci ildən 2014-cü ilin Mart ayına qədər isə Risklərin İdarə Edilməsi Departamentinə Direktor vəzifəsində çalışmışdır.

13 Fevral 2018 , 10:51   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin