Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Sadələşdirilmiş vergi dövriyyəsi qaldırılmalıdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Sadələşdirilmiş vergi dövriyyəsi qaldırılmalıdır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Mən hesab edirəm ki, yeni Vergilər Məcəlləsinin işlənməsinə ehtiyac var”

 

Reklam_3_11

 “Marja” xəbər verir ki, bunu “Vergilər, Şəffaffılq, İnkişaf” adlı konfransda Milli deputatı Vahid Əhmədov bildirib.

 

“Təklif edirəm ki, yeni Vergilər Nazirliyi tərəfindən Vergilər Məcəlləsi işlənib hazırlansın və Milli Məclisə təqdim olunsun”.

 

Vahid Əhmədov bildirib ki, sadələşdirilmiş vergidə dövriyyə həddi 200 min manatdan 400 min manatadək qaldırılmalıdır:

 

“Bu gün sahibkar sadələşdirilmiş vergi ödəyicisi kimi VÖEN açır və dövriyyə 200 min manata çatan zaman fəaliyyətini dayandırır. Sonradan yeni bir adla vergi ödəyicisi kimi fəaliyyətə başlayır. Belə olan halda vergi ödəyicilərinin sayı süni şəkildə artır. Təklif edirəm ki, sadələşdirilmiş vergidə dövriyyə həddi müzakirə edilərək 400 min manatadək artırıla bilər. Bu həddi keçən sahibkarlara 15% kimi vergi tətbiq edilməlidir”.

 

Vahid Əhmədov bildirib ki, Əlavə Dəyər Vergisi (ƏDV) diferensiallaşdırılmalıdır: "Nə üçün ƏDV yalnız 18% olmalıdır?! Dünyanın bir çox ölkələrində ƏDV sektordan asılı olaraq 10-25% civarında dəyişir. Tezliklə Azərbaycanda da  müxtəlif dərəcələrdə ƏDV-nin tətbiqinə başlanmalıdır”.

 

"500 MİN MANATA QALDIRILMALIDIR"

 

Konfransda çıxış edən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev bildirdi ki, sadələşdirilmiş vergi həddi 500 min manata qaldırılmalıdır.

13.02.2018 07:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ