Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Daşınan sərnişinlərin sayında hər il artım var"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Daşınan sərnişinlərin sayında hər il artım var"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycanda keçirilən beynəlxalq idman yarışlarında Azərbaycan milli aviasiyasının da rolu böyükdür".

 

Bunu “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev Heydər Əliyev Mərkəzində Bakı Şəhər Halqası və Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları 2018” adlı konfransda çıxışı zamanı deyib.

 

E.Hacıyev uçuş təhlükəsizliyinin təkmilləşdirilməsi və xidmət səviyyəsinin artırılması istiqamətində daim işlər aparıldığını diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanda 7 hava limanı fəaliyyət göstərir və onlardan 6-sı beynəlxalq statusludur.

 

Vitse-prezident Heydər Əliyev adına Beynəlxalq Hava Limanı vasitəsilə daşınan sərnişinlərin sayında hər il artım olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, 2017-ci ildə Heydər Əliyev adına Beynəlxalq Hava Limanı 4 milyondan artıq sərnişinə xidmət göstərib ki, bu da 2016-cı illə müqayisədə 20 faiz çoxdur.

 

E.Hacıyev vurğulayıb ki, bu ilin yanvarında artım 19 faiz təşkil edib. Onun sözlərinə görə, Beynəlxalq Hava Limanının potensialı 9 milyon nəfər təşkil edir: “Mövcud imkanlarımızın 50 faizini belə istifadə etmirik. Yəni, yaxın gələcəkdə artım olacağı təqdirdə, əlavə sərmayə qoymağa ehtiyac yoxdur. Hazırda əsas məqsədimiz tranzit sərnişindaşıma sistemi yaratmaqdır. I Terminal MDB məkanında ən yaxşı terminal elan olunub. 2017-ci ilin sentyabrından fəaliyyətə başlayan “Buta Airvays” regionda ilkdir”.

 

13.02.2018 08:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ