Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Vicdanlı və vicdansız vergi ödəyiciləri arasında fərq qoyulacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vicdanlı və vicdansız vergi ödəyiciləri arasında fərq qoyulacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Vergilər naziri Mikayıl Cabbarov vergi ödəmələrini necə artıracaqlarını açıqlayıb.

 

Reklam_3_11

“Marja”nın məlumatına görə, "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda vergilər naziri bildirib ki, ən doğru yol vergitutma bazasının genişləndirilməsi və vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı inam atmosferinin təmin edilməsidir:

 

“Vicdanlı və vicdanı olmayan vergi ödəyicisi arasında fərq qoyulmalıdır və qoyulacaqdır. Vicdanlı vergi ödəyicisinin səhv etməyə haqqı var. Vergi orqanının vəzifəsi bu səhfin baş verməsi anını gözləmək deyil, bütün vasitələrlə öncədən onun qarşısını almaqdır. Belə yanaşma vergi ödəyicisinə göstərilən xidmətlər anlayışına yenidən baxılmasını və genişləndirilməsini tələb edir. Bu xidmətlər biznesə dəstək göstərilməsini də əhatə etməlidir”.

 

Mikayıl Cabbarov bildirdi ki, Vergilər Nazirliyi vergidən yayınmanı fərqləndirə, bu yayınmanın bilməyərəkdən və ya məqsədli olduğunu müəyyn edə bilir:  “Birincini müsbət qarşılayırıqsa, ikincisini cinayət sayırıq və onun cəzasının vermək üçün əlimizdən gələni edəcəyik”.

 

VERGİ İŞÇİLƏRİNİN YENİ NƏSLİ

 

“Bu gün Vergilər Nazirliyi vergi ödəyicilərinə vergilərin toplanmasından könüllü vergi ödənilməsinə keçidi təşviq edir. Biz vergi uçotunun bərpası ilə məşğul olacağıq. Vergi içşilərinin yeni nəslini öyrədib tərbiyə edəcəyik”,- nazir çıxışında əlavə etdi.

13.02.2018 10:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ