Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

PAŞA Bank Türkiyədə sürətlə böyümək niyyətindədir - 800 MİLYON MANATLIQ AKTİV

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bank Türkiyədə sürətlə böyümək niyyətindədir - 800 MİLYON MANATLIQ AKTİV

"PAŞA Yatırım Bankası" 2020-ci ilin sonunadək aktivlərini 1,8 mlrd. Türkiyə lirəsinədək (800 milyon manat) artırmaq niyyətindədir.

 

Reklam_3_11

Bu, beynəlxalq reytinq agentliyi "Fitch"in "Pasha Yatırım Bankası A.Ş."yə verdiyi reytinqi ilə bağlı yaydığı məlumatda yer alıb.

 

"Fitch" agentliyinin mütəxəssisləri hesab edir ki, yeni strategiyaya əsasən bankın fəaliyyəti energetika, turizm, tikinti kimi yüksək riskli sahələri əhatə edə bilər.

 

Reytinq agentliyi "Pasha Yatırım Bankası A.Ş."nin sürətlə inkişaf etmək niyyətində olduğunu bəyan edib.

 

XXX

 

Beynəlxalq reytinq agentliyi "Fitch" "Pasha Yatırım Bankası A.Ş."nin reytinq üzrə proqnozunu "sabit" səviyyəsində təsdiqləyib.

 

Reytinq agentliyi "Pasha Yatırım Bankası A.Ş."nin milli valyutada uzunmüddətli reytinqini "BBB+" səviyyəsində təsdiqləyib.

 

"Fitch" agentliyi bəyan edib ki, reytinq verilərkən "PAŞA Bank"ın səhmdarlarının "Pasha Yatırım Bankası A.Ş."yə dəstəyi nəzərə alınıb.

 

Agentliyin mütəxəssisləri hesab edir ki, türkiyədəki rəqibləri ilə müqayisədə "Pasha Yatırım Bankası A.Ş."nin kredit qabiliyyətliliyi sabit qalıb.

 

© APA

13.02.2018 11:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ