Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

IEA: OPEC-in səyləri nəticəsiz qala bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
IEA: OPEC-in səyləri nəticəsiz qala bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq Enerji Agentliyi (IEA), OPEC və müttəfiqlərinin məqsədlərinə demək olar ki, çatdığını, ancaq bu səylərin ABŞ və digər istehsalçılarda hasilatın artması səbəbilə nəticəsiz qala biləcəyini açıqlayıb.

 

Reklam_3_11

Qeyd edək ki, OPEC və müttəfiqləri bazardakı həddindən artıq neft təklifini azaltmaq üçün hasilatlarını azaldırlar.


 
İnkişaf etmiş ölkələrdəki neft ehtiyatları, OPEC və Rusiya daxil tərəfdaşlarının hasilatlarını məhdudlaşdırmaları ilə Dekabr ayında altı ildən artıq bir müddətin ən böyük tənəzzülünü göstərib. Bununla yanaşı, təklif çoxluğu daha yüksək istehlak ilə də təmizlənir.
 

IEA, 2018-ci il üçün qlobal tələbat artımı proqnozunu  təxminən 100,000 barrel artıraraq gündəlik 1.4 milyon barrelə qaldırıb.


 
Qurum tərəfindən verilən açıqlamaya görə, OPEC-in strategiyası, üç ilin ən yüksək səviyyəsinə çatan neft qiymətlərinin ABŞ-dakı hasilatı artırması ilə nəticəsiz qala bilər.


 
Açıqlamada, "OPEC-in hasilatın azaldılması müqaviləsi uğurludur. Amma yenə də, ABŞ başda olmaqla OPEC üzvü olmayan ölkələrdə sürətlə artan istehsalın tələbatdan daha çox artması mümkündür" ifadəsi istifadə edilib.

13.02.2018 12:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ