Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"JPMorgan": Bitkoin daha 50% ucuzlaşa bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
"JPMorgan": Bitkoin daha 50% ucuzlaşa bilər

Dünya birjalarında "bitcoin"in qiyməti cari səviyyədən daha 50%-ə yaxın ucuzlaşa bilər. Bu proqınoz ABŞ-ın "JPMorgan" bankı tərəfindən hazırlanan hesabatda verilib.

 

Reklam_3_11

Bankın apardığı texniki təhlillər göstərir ki, bitkoinin qiyməti 4 605 dollara qədər geriləyə bilər. Xatırladaq ki, hazırda bitkoin 8 500 dollara satılır.

 

Qeyd edək ki, "JPMorgan"ın rəhbəri Ceymi Daymon (Jamie Dimon) ötən ilin sentyabr ayında bitkoini saxtakarlıq kimi qiymətləndirib. Lakin budəfəki hesabatda bildirilib ki, "kriptovalyutalar çətin ki, bir anda yox olsun, onlar bu və ya digər formada həyatda qala bilər. Onları həyatda saxlayan investorların mərkəzləşməyə getməməsi, təkcinahlı şəbəkələrə və anonimliyə can atmaları amilləri olacaq".

 

"JPMorgan"a görə, kriptovalyutalar investisiya portfellərinin diversifikasiyasında istifadə oluna bilər və bu bazarın fond bazarından fərqli inkişaf imkanları var. Qeyd edək ki, "JPMorgan" hazırda blokçeyn texnologiyasını öz sisteminə inteqrasiyası üzərində çalışır. Ötən ilin noyabrında isə "JPMorgan"la yanaşı "Goldman Sachs", "BNP Paribas", "Credit Suisse" və "Citigroup" kimi nəhəng banklar blokçeyn texnologiyası ilə pilot layihələrə start verib.

 

© Report

13.02.2018 13:41

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ