Dövlət istiqrazlarına sifarişlər təklifdən 4 dəfə çox olub

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

 

13 fevral 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105002692 ISIN-li, 30 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

 

Hərrac zamanı 15 investor tərəfindən qiyməti intervalı 93.3013 AZN (15.0000%) və 102.6749 AZN (9.5000%) olan 29 sifariş təqdim edilmişdir.

 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.7729 AZN (10.0000%), orta ölçülmüş qiyməti 101.7886 AZN (9.9912%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 128 milyon 238 min 800 manat, yerləşdirilmiş həcmi isə 30 milyon manat təşkil edilmişdir.

 

İstiqrazların ödəmə tarixi 11 fevral 2020-ci il.

 

Hərrac iştirakçıları 14 fevral 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

13 Fevral 2018 , 17:56   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin