Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Masallı Sənaye Məhəlləsində müəssisələr apreldə fəaliyyətə başlayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Masallı Sənaye Məhəlləsində müəssisələr apreldə fəaliyyətə başlayacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fevralın 13-də Masallı Sənaye Məhəlləsinin inzibati binasında Sənaye Məhəlləsinin sahibkarlar üçün üstünlükləri, istehsal və emal sahələrinin təşkili üçün yaradılacaq imkanlar barədə sahibkarların məlumatlandırılması və təklif edilən layihələrlə bağlı müzakirələrin aparılması məqsədilə iş adamları ilə görüş keçirilib.

 

İqtisadiyyat Nazirliyindən “Marja”ya daxil olmuş məlumata görə, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini Murad Abdullayev Masallı Sənaye Məhəlləsində görülmüş işlər, tikintisi davam etdirilən infrastruktur obyektləri, sahibkarlara təklif ediləcək xidmətlər və yaradılan istehsal, emal və xidmət sahələri barədə məlumat verib.

 

Qeyd edilib ki, Masallı Sənaye Məhəlləsində tikinti-quraşdırma, o cümlədən bütün zəruri infrastrukturun qurulması işlərinin birinci mərhələsi başa çatdırılıb, hazırda son tamamlama işləri həyata keçirilir. İlkin mərhələdə ümumi sahəsi 7500 m²-ə yaxın 3 istehsal sahəsi, texniki və köməkçi binalar istifadəyə veriləcək. Artıq sahibkarlar tərəfindən ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. İlkin olaraq Sənaye Məhəlləsində 4-ü mebel istehsalı, digərləri plastik məmulatlar, metal məmulatlar, tikinti materialları, kabel istehsalı və dulusçuluq məmulatları istehsalı olmaqla 9 layihə icra olunacaq. Müəssisələrin bu ilin aprelində fəaliyyətə başlaması nəzərdə tutulur. Hazırda tikintidə 200 nəfər çalışır.

 

Sənaye Məhəlləsində birinci mərhələdə 230, ümumilikdə isə 600-dən çox yeni iş yeri yaradılacaq. Masallı Sənaye Məhəlləsində sahibkarlara mühasibatlıq, hüquqi məsləhət, bank və sığorta, poçt və internet, logistika və s. xidmətlər təqdim olunacaq. Sənaye Məhəlləsində həmçinin yeməkxana, tibb məntəqəsi fəaliyyət göstərəcək.

 

Tədbirdə sahibkarların fikirləri dinlənilib, təklif edilən layihələr müzakirə olunub.

13.02.2018 15:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ