Gizli iqtisadiyyatdan leqal iqtisadiyyata keçid üçün təkliflər hazırlanır

"Biz Vergilər Məcəlləsinə islahat paketinin hazırlanmasına başlamışıq". 


"Marja" xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov bildirib.

 

Nazir qeyd edib ki, təkliflər paketində əsas diqqət kölgə iqtisadiyyatının azaldılmasına, gizli iqtisadiyyatdan leqal iqtisadiyyata keçidə yönəldiləcəkdir: "Bu transformasiyanı elə həyata keçirməyi düşünürük ki, sahibkarlar üçün əlverişli olsun, həm də iqtisadi məna kəsb etsin".

 

Nazir bildirib ki, 31 Mart 2018-ci ilədək sahibkarlar, şirkətlər, biznes assosiasiyaları təkliflərini Vergilər Nazirliyində xüsusi yaradılmış Katibliyə təqdim edə bilərlər. 

13 Fevral 2018 , 18:49   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin