“Çıxışım bəzi saytlar tərəfindən təhrif olunmuş şəkildə çatdırılıb”

“Vergilər Nazirliyinin təşkil etdiyi “Vergilər, şəffaflıq, inkişaf” adlı konfransdakı çıxışımda səsləndirilən faktlar bəzi saytlar tərəfindən təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırılıb.

 

Mənim son 15 ildə bütün çıxışlarımda, yazdığım əsərlərdə, məqalələrdə, beynəlxalq tədbirlərdə Azərbaycanda aqrar sektorun davamlı və keyfiyyətli inkişafı istiqamətində dövlətin atdığı uğurlu addımlar konkret faktlarla əsaslandırılıb. Hesab edirəm ki, kənd təsərrüfatı sektorunun torpaq vergisindən başqa digər vergilərdən azad olunması çox aktual və çox vacib bir tədbirdir ”.

 

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.


Ziyad Səmədzadənin sözlərinə görə, Azərbaycan dövlətinin kənd təsərrüfatına dəstəyi düzgün bir siyasətdir:

 

“Hesab edirəm ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı, respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından atılan bu uğurlu addım dövlət başçısının qeyd etdiyi kimi bundan sonra da davam etdiriləcək”.

 

Qeyd edək ki, bəzi saytlar guya Ziyad Səmədzadənin kənd təsərrüfatının vergiyə cəlb olunmasına başlamağın vaxtı çatdığını dediyi barədə xəbər yayıb. 

13 Fevral 2018 , 21:26   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin