ABŞ-da xam neft ehtiyatları artıb
ABŞ-da həftəlik xam neft ehtiyatları 2,8 milyon barel artıb.
ABŞ Enerji İnformasiya İdarəsi, ölkədə kommersiya xam neft ehtiyatlarının ötən həftə bir əvvəlki həftəyə nisbətən 2,8 milyon barel (0,6 faiz) artımla 488,3 milyon barelə çatdığını açıqlayıb.
Bazar gözləntisi ehtiyatların 2,8 milyon barrel yüksəlməsi istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 2,3 milyon barel artım göstərmişdi.
ABŞ-da strateji neft ehtiyatları dəyişməyərək, sözügedən həftədə 695,1 milyon barreldə qalıb.
Bu dövrdə ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 17 min barrel artaraq 8,96 milyon barrelə çatıb.
Ölkənin xam neft idxalı isə sözügedən həftədə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 568 min barel azalaraq 7,81 milyon barelə enib.
ABŞ-ın həftəlik benzin ehtiyatları sözügedən həftədə 6,8 milyon barel (2,8 faiz) artaraq 253,2 milyon barelə çatıb. Bazar gözləntisi 0,5 milyon barel artım olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 6 milyon barrel qalxmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 54 d. əvvəl
-
57 d. əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
2 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 3 saat əvvəl
-
3 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
4 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl