Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Beynəlxalq Bankda informasiya texnologiyaları üzrə baş direktor dəyişib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankda informasiya texnologiyaları üzrə baş direktor dəyişib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin rəhbərliyində kadr dəyişikliyi baş verib.

 

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, Emil Əmirov banka informasiya texnologiyaları üzrə baş direktor vəzifəsinə təyin edilib. 

 

Bank texnologiyaları, eləcə də kart prosessinq sahəsində böyük təcrübəyə malik Emil Əmirov Azərbaycan Beynəlxalq Bankında elektron bankçılıq istiqamətinin inkişafı məsələləri ilə məşğul olacaq.

 

Bank sektorunda 2003-cü ildən fəaliyyət göstərən Emil Əmirov Azərbaycan Mərkəzi Bankının bölmə rəhbəri, “MilliKart” prosessinq mərkəzinin icraçı direktorunun müavini, “AtaBank” ASC-nin icraçı direktoru vəzifələrində çalışıb. Son təyinata qədər isə Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsi olan “Azərikard” prosessinq mərkəzinə rəhbərlik edib.

 

Emil Əmirov Azərbaycan Beynəlxalq Bankının informasiya texnologiyaları üzrə baş direktoru vəzifəsində Cəlal Orucovu əvəzləyib.

 

XXX

 

"Azərbaycan Beynəlxalq Bankı"nın baş direktoru Cəlal Orucovun işdən çıxdığı bildirilir.

 

Bu barədə maliyyə bazarındakı mənbə bildirib.

 

Mənbənin sözlərinə görə, C.Orucovun "PAŞA Bank"da yüksək vəzifəyə təyinat alacağı gözlənilir. 

 

Cəlal Orucov Beynəlxalq Bankın yeni komandasına 2017-ci ilin Yanvarında qoşulmuşdu.


C.Orucov Azərbaycan Mərkəzi Bankında, "Milli Kart" prosessinq mərkəzində (2006-cı ildən icraçı direktor) və Unibankda çalışıb.

14.02.2018 05:27

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ