Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Beynəlxalq Bank bəzi bazar paylarını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank bəzi bazar paylarını açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Azərbaycan Beynəlxalq Bankı ölkənin maliyyə bazarında önəmli paya malikdir. 

 

Bankın İdarə Heyəti sədrinin elektron ödənişlər üzrə müşaviri Eldar Cəbrayılov bildirib ki, Bank xüsusilə sosial layihələrdə: əmək haqqı layihələrində, pensiya layihələrində yaxından iştirak edir:

 

"Azərbaycanda ən böyük bankomat şəbəkəsi bu banka aiddir. Hazırda 756 bankomatımız fəaliyyətdədir ki, bu rəqəm bazarın 29% payını təşkil edir. Xidmət şəbəkəmiz respublikanın bütün bölgələrini əhatə edir. Bu da bizə sosial layihələri kəsintisiz yerinə yetirməyə imkan verir.

 

Müxtəlif ticarət və xidmət obyektlərində 12 minə yaxın POS-terminalımız var və POS-terminal nisbətimiz 22%-dir. Bankda müştərilərin çox rahatlıqla faydalana biləcəkləri elektron ödəniş infrastrukturu qurulub və inkişaf etdirilir.

 

2017-ci ilin nəticələrini diqqətinizə çatdırım. Ötən ilin sonuna bankın aktiv ödəniş kartlarının sayı 1.3 milyonun üzərində olub, aparılan elektron ödəniş əməliyyatlarının sayı isə 25 milyon civarındadır. Bankın kart saylarının nisbəti bazarda 24% təşkil edir.

 

Azərbaycan Beynəlxalq Bankı 2017-ci ildə həm Mərkəzi Bank, həm də "Visa" və "MasterCard" tərəfindən nağdsız dövriyyəsi ən yüksək banklardan biri seçilərək sertifikat alıb. Deyim ki, bank olaraq məqsədimiz sadəcə nədəsə birinci olmaq deyil, məqsədimiz keyfiyyətli xidməti bütün müştəri qruplarına çatdırmaqdır. Ona görə də 2017-ci ildə kart prosesləri ilə bağlı bir sıra optimallaşdırma işləri görüldü".

 

© APA

14.02.2018 06:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ