Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Trampın son "tvit"i Meksika valyutasına zərbə endirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trampın son "tvit"i Meksika valyutasına zərbə endirdi

Yeni seçilmiş ABŞ prezidenti Donald Trampın son "tvit"i Meksika milli vahidinin məzənnəsinə növbəti zərbə endirib.

 

"İndependent" qəzetinin  verdiyi xəbərə görə, Meksika pesosu ABŞ dollarına qarşı ucuzlaşmaqda davam edir. ABŞ-da noyabrda keçirilən prezident seçkilərindən bu günə qədər Meksika pesosu 20% uçuzlaşaraq 1 ABŞ dollarına qarşı 21.56 peso təşkil edib.

 

Artıq Prezident Trampın "tvit"ləri Meksika iqtisadiyyatının probleminə çevrilib.

 

Donald Tramp son "tvit"ində bildirib ki, ABŞ milli təhlükəsizliyi üçün vacib bir gün gözlənilir, bir çox məsələlər arasında həm də Meksika-ABŞ sərhədində böyük divarın inşa olunması müzakirə olunacaq.

 

Xatırladaq ki, Meksika sərhədində 2000 mil uzunluğu olan divarın inşa olunması D.Trampın seçki kampaniyası zamanı əsas təkliflərdən biri olmuşdu, yeni seçilmiş prezidentin sözlərinə görə, ABŞ-ın bu təşəbbüsünü Meksika özü maliyyələşdirəcək, Meksika höküməti isə öz sərhədində hər hansı divarın inşa olunması və buna görə vəsaitin ayrılması ilə bağlı bütün çağırışları rədd edib.

 

Bundan başqa, "İndependent" bildirir ki, Ağ Evin yeni rəhbəri miqrasiya ilə bağlı hazırda ABŞ da yaşayan Afrika, Yaxın Şərq ölkələri, habelə Suriya və İraq mənsublu şəxslərə aid məhdudiyətlər planını səsləndirəcək.

 

D.Tramp-ın göstərişlərinə əsasən, ölkəyə qaçqınların girişi dayandırılacaq, yoxlamalar daha da ciddiləşəcək.

 

© Trend

26.01.2017 05:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ