“Gəncəbank”ın vəzifəli şəxsləri məsuliyyətə cəlb ediliblər

Ötən il Prezident Administrasiyasına daxil olmuş müraciətlərin bir qismi bank məsələləri və kreditlərin verilməsi ilə bağlı olub.

 

Bu barədə Prezident Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib.

 

Onun sözlərinə görə, əvvəlki illə müqayisədə bu mövzuda müraciətlər azalıb:

 

“Bəzi banklarda kreditlərin ödənilməsi ilə yanaşı, əmanətlərin verilməsində də müəyyən problemlər yaranıb. Fəaliyyətindən şikayət edilən bankların bəziləri artıq bağlanıb, respublikanın bank sistemində problem doğuran səbəbləri müvafiq qurumlar tənzimlənməyə başlayıb”.

 

PA rəsmisi həmçinin deyib ki, bank işçilərinin fəaliyyəti ilə əlaqədar daxil olmuş müraciətlər və digər materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi banklar haqqında 25 cinayət işi açıb:

 

“Açılmış cinayət işlərinin təhqiqatının başa çatdırılması nəticəsində ayrı-ayrı bankların vəzifəli şəxslərinin yol verdikləri qanunsuzluq və mənimsəmə halları qismən aradan qaldırılıb, dövlətə və vətəndaşlara dəyən böyük məbləğdə zərərin xeyli hissəsinin ödənilməsi və qaytarılması təmin edilib. Məsələn, “Gəncə Bank”ın vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək, onların vurduğu 14 mln. manatdan artıq maddi ziyanın 421 min manatdan çoxunun ödənilməsi təmin edilib, həmin şəxslərin onların ümumi dəyəri 13 mln. manatdan çox olan əmlakı üzərində həbs qoyulub. Bundan başqa, “Bank Standard” QSC üzrə başlanmış cinayət işinin yekununda 70 mln. manatdan çox dövlət borcunun ödənilməsi təmin edilib”. 

 

© Report

14 Fevral 2018 , 11:02   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin