Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakıda tikilən sosial evlər belə olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda tikilən sosial evlər belə olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mənzil İnşşatı Dövlət Agentliyi tərəfindən Azərbaycanda ilk sosial ev lahiyəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi davam etdirilir. 

Xarici dairəvi avtomobil yolunun kənarında yerləşən kompleksdəki bir çox binaların təməli qoyulub və özüllər inşa olunur.

 

Bu arada kompleksdə tikiləcək binaların fotosu yayılıb. Fotoda burada tikiləcək binaların ümumi görünüşü və yerləşmə forması əks edilib. Həmçinin ümumi planda binaların bir-birinə yaxınlıq məsafəsi, qeyri-yaşayış sahələrinin, eləcə də bağça və orta məktəbin forması görünür.

 

Qeyd edək ki, Yasamal rayonu ərazisində inşa edilən kompleksin ümumi sahəsi 11,6 hektar olacaq. Şəhərcik 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan 17-sinin ikibloklu doqquzmərtəbəli, 12-sinin isə birbloklu 12 mərtəbəli olması planlaşdırılır. Bu binalardakı 1854 mənzildən 301-i birotaqlı, 1110-u ikiotaqlı, 443-ü isə üçotaqlı olacaq. Birotaqlı mənzillərin sahəsi təqribən 31 kvadratmetrdən 33 kvadratmetrədək, ikiotaqlı mənzillərin sahəsi təqribən 50 kvadratmetrdən 58 kvadratmetrədək, üçotaqlı mənzillərin sahəsi isə təqribən 70 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə vətəndaşlara təklif olunacaq.

 

Kompleksdə mənzillərlə yanaşı, bir sıra sosial obyektlər də tikiləcək. Onların arasında 240 yerlik uşaq bağçası və 960 şagird yerlik orta təhsil məktəbi də var. Ərazidə müvafiq sosial infrastrukturun yaradılması, həmçinin ictimai iaşə, məişət və digər xidmət obyektləri üçün qeyri-yaşayış sahələrinin də istifadəyə verilməsi nəzərdə tutulur.

©Lent.az

26.01.2017 06:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ