Uber-in zərəri kəskin artıb

İnsanlara şəxsi avtomobilləri ilə taksi xidməti göstərmək imkanı yaradan Uber şirkəti maliyyə nəticələrini açıqlayıb. 2017-ci ildə Şirkətin cəmi zərəri 61 faiz artımla 4.5 milyard dollar təşkil edib.
 

"Marja" xəbər verir ki, Uber, 2016-ci ildə 2.8 milyard dollar zərər açıqlamışdı.
 

Uber son aylar qanuni taksilərin hədəfində olsa da bütün dünyada böyümək və istifadəçi sayını artırmaq niyyətindədir.
 

Dekabr ayının sonunda Yaponiyanın "Softbank" şirkətinin rəhbərlik etdiyi konsorsium, Uberin səhmlərinin təxminən 18%-ini 48 milyard dollarlıq bazar dəyəri üzərindən satın almışdı.
 

Uber açıq səhmdar cəmiyyəti olmadığı üçün əslində maliyyə nəticələrini açıqlamaq öhdəliyi yoxdur. Ancaq şirkət son zamanlar bütün rəqəmlərini açıqlamaq yolunu seçib.
 

2019-cu ildə Uberin İPO (səhmlərinin birjada satışı) planı ilə birlikdə mənfəətə keçəcəyi gözlənilir.

14 Fevral 2018 , 13:40   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin