Avro Zonasında iqtisadi inkişaf artım sürətini saxlayır

Avro Zonasında iqtisadi inkişaf, ötən ilin sonunda da sağlam artım sürətini saxlayaraq Avropa Mərkəzi Bankının maddi təşviqdən çıxışı proqramını dəstəklədi.
 


"Marja" xəbər verir ki, Eurostat-ın Çərşənbə günü açıqladığı məlumata görə, dördüncü rübdə region iqtisadiyyatında iqtisadi inkişaf 0.6 faiz təşkil edib. Bu nisbət proqnozlar ilə eynidir.  


 
İqtisadi inkişaf Almaniya və İtaliyada səngiyib, Hollandiya və Portuqaliyada isə sürətlənib.


 
Avropa Komissiyası, 19 ölkədən ibarət olan blokda iqtisadi inkişafın maliyyə böhranından bu yana heç olmadığı qədər balanslı olduğunu bildirmişdi. 

 

Avropa Mərkəzi Bankı möhkəm iqtisadi inkişafın inflyasiyanı yavaş bir şəkildə artırdığı şəraitdə pul siyasətini sərtləşdirməyə hazırlaşır. 

14 Fevral 2018 , 14:16   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin